Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb
Fərdi
- 19 fevral, 2026
- 17:54
Şəhriyar Məmmədyarov şahmat üzrə Azərbaycan çempionatının finalına vəsiqə qazanıb.
"Report"un məlumatına görə, 40 yaşlı qrossmeyster yarımfinal mərhələsinin tay-brekində Aydın Süleymanlıya qalib gəlib.
O, finalda Məhəmməd Muradlı ilə görüşəcək.
A.Süleymanlı isə üçüncü yer uğrunda görüşdə Read Səmədovla qarşılaşacaq.
Qadın şahmatçıların finalında Ülviyyə Fətəliyeva Ayan Allahverdiyeva ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarova ilə mübarizə aparacaq.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. Yarışın mükafat fondu 92 min manat təşkil edir. Bu məbləğdən 62 min manat kişilərin, 30 min manat isə qadınların çempionatına aiddir.
Son xəbərlər
12:20
DİM doktorantura imtahanında problem yaranması ilə bağlı iddialara aydınlıq gətirib
Elm və təhsil12:17
Naxçıvanda 5 ayda sahibkarlara 67 təsdiqedici sənəd təqdim edilib
Biznes12:15
"Zirə"nin 80 yaşlı rəqibinin portreti – Şusterin çalışdırdığı, zəngin tarixə malik "Torpedo" – TANITMA
Futbol12:15
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 5 %-dən çox artıb
Biznes12:15
Foto
İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova "Dostluq" ordenini təqdim edib
Xarici siyasət12:05
Zaqatalada 58 yaşlı kişi qətlə yetirilib
Hadisə12:05
Video
Yay Dəli-Dolu gəlir!
Biznes12:05
Foto
Gömrük dəyərinin müəyyənləşdirilməsi prosesi rəqəmsallaşdırılır
Biznes12:05