Türkiyə İsrailə səfir təyin edib
Digər ölkələr
- 11 noyabr, 2022
- 22:29
Türkiyə İsrailə səfir təyin edib.
“Report” xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə “Rəsmi Qəzet”də dərc olunan fərmana əsasən Şakir Özkan Torunlar Türkiyənin İsraildəki səfiri təyin olunub.
Şakir Özkan Torunlar 1982-ci ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1983-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayıb.
O, müxtəlif ölkələrdə səfir vəzifələrində çalışıb. 2008-2010-cu illərdə Banqladeşdə səfir, 2010-2014-cü illərdə isə Qüds baş konsulu vəzifəsində Fələstində səfir vəzifəsinin səlahiyyətlərini icra edib. Eyni zamanda 2017-ci ildən 2021-ci ilin mayına qədər Hindistanda səfir olub.
Son xəbərlər
09:21
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika09:16
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Digər ölkələr09:11
Paşinyan Rusiyaya yola düşüb
Region09:08
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.07.2026)
Maliyyə09:08
Erlinq Holann dünya çempionatları tarixinin rekordunu təkrarlayıb
Futbol08:59
Türkiyədə 50 nəfər toy mərasimində qidadan zəhərlənib
Region08:35
Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: Sevincimi ifadə edə bilmirəm
Daxili siyasət08:09
Foto
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur07:57