Tramp Yaponiyanın ABŞ-dən "böyük miqdarda" hərbi texnika sifariş etdiyini açıqlayıb

Digər ölkələr
  • 28 oktyabr, 2025
  • 07:46
Tramp Yaponiyanın ABŞ-dən böyük miqdarda hərbi texnika sifariş etdiyini açıqlayıb

Yaponiyanın Baş naziri Sanae Takaiçi və ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında "ittifaqın yeni qızıl dövrü"nə dair sazişlər, həmçinin strateji əhəmiyyətli minerallar sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

"Report"un məlumatına görə, imzalanma mərasiminin yayımını Ağ Evin mətbuat xidməti həyata keçirib.

Tramp bildirib ki, Vaşinqton Tokiodan "çox böyük miqdarda" hərbi texnika sifarişi alıb. Onun sözlərinə görə, bağlanmış ticarət sazişi "çox ədalətlidir".

Qeyd edək ki, bu görüş Takaiçinin 21 oktyabrda vəzifəyə başlamasından sonra Ağ Ev rəhbəri ilə ilk danışıqları olub. Donald Tramp üçün isə bu onun ikinci prezidentlik müddətində Yaponiyaya ilk səfəridir.

Son xəbərlər

Bütün Xəbər Lenti