Tramp Kirkin öldürülməsini özünün Pensilvaniyada uğradığı sui-qəsd cəhdi ilə əlaqləndirib
- 11 sentyabr, 2025
- 05:22

Çarli Kirkin amansızcasına qətlə yetirilməsi ilə bağlı dərin kədər və qəzəb içindəyəm.
"Report" Ağ Evin sosial şəbəkə hesabındakı paylaşımına istinadən xəbər verir ki, bunu siyasi fəal Çarli Kirkin öldürülməsi ilə bağlı yayımladığı videomüraciətdə ABŞ Prezidenti Donald Tramp deyib.
Hadisənin Amerikanı qaranlığa qərq etdiyini bildirən Tramp bu kimi zorakılıq hallarına qarşı mübarizə aparacaqlarını deyib.
"Mənim administrasiyam bu və digər siyasi zorakılıqlarda əli olan hər bir şəxsi, o cümlədən bu əməlləri maliyyələşdirən və dəstəkləyən təşkilatları, eləcə də ölkəmizdə nizam-intizamı təmin edən hakimlərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə qarşı çıxanları tapacaq", – deyə Tramp bildirib.
Tramp Kirkin öldürülməsini özünün Pensilvaniya ştatında uğradığı sui-qəsd cəhdi ilə əlaqləndirib.
Xatırladaq ki, ötən ilin 14 iyulunda Pensilvaniyada seçkiqabağı mitinqdə çıxış edən Donald Trampa atəş açılmış, o, qulağından yaralanmışdı.
President Trump shares a message on the assassination of Charlie Kirk.
— The White House (@WhiteHouse) September 11, 2025
“I ask all Americans to commit themselves to the American values for which Charlie Kirk lives & died. The values of free speech, citizenship, the rule of law. & the patriotic devotion & love of God.” pic.twitter.com/ifipSzPX2i