Tramp: Ərdoğan İsrail və HƏMAS arasında sülh planı üzrə danışıqlarda şəxsən iştirak edib

Digər ölkələr
  • 09 oktyabr, 2025
  • 22:27
Tramp: Ərdoğan İsrail və HƏMAS arasında sülh planı üzrə danışıqlarda şəxsən iştirak edib

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında razılığın əldə edilməsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühüm rol oynadığını vurğulayıb.

"Report"un məlumatına görə, Tramp bu barədə Ağ Evdə keçirilən Prezident Kabinetinin iclasında danışıb.

"Qətər, Misir və Türkiyə liderlərinin bu inanılmaz tərəqqiyə nail olmağımızda bizə kömək etdiklərinə və bizimlə olduqlarına görə böyük minnətdarlıq bildirmək istəyirəm. Təbii ki, bildiyiniz kimi, Səudiyyə Ərəbistanı, İordaniya və bir çoxları... Deməliyəm ki, prezident Ərdoğan HƏMAS və digər tərəflərlə danışıqlarda şəxsən iştirak etdi vəmükəmməl iş ərsəyə gətirdi", - Tramp qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti