Məhkəmə Trampın İllinoysa milli qvardiyaçıların yerləşdirilməsi qərarının icrasını dayandırıb
Digər ölkələr
- 10 oktyabr, 2025
- 04:22
Şimal Dairə Məhkəməsi ABŞ Prezidenti Donald Trampa İllinoys ştatında iğtişaşlara qarşı mübarizə üçün Milli Qvardiyanı cəlb etmə qərarının icrasını müvəqqəti olaraq dayandırıb.
"Report" xəbər verir ki, bu barədə qərar məhkəmənin saytında yayımlanıb.
Federal hakim Epril Perri qərarını İllinoysdakı vəziyyətin üsyan hesab edilə biləcəyinə dair kifayət qədər sübut olmaması ilə əsaslandırıb. Onun fikrincə, ştatda Milli Qvardiyanın cəlb edilməsi narahatlıqlara səbəb ola bilər.
"Bu, yalnız Tramp və onun administrasiyasının qeyri-qanuni miqrasiya ilə mübarizəyə başlayaraq alovlandırdığı odun üzərinə yağ tökəcək", - hakim bildirib.
Qeyd edək ki, qadağa 14 gün qüvvədə olacaq.
Xatırladaq ki, analoji qərar Portlənd üçün də verilmişdi.
Son xəbərlər
18:17
MİT əməliyyat keçirib, İŞİD-in rəhbər şəxslərindən biri xaricdə saxlanılaraq Türkiyəyə gətirilib
Region18:16
"Yuventus" "İnter"in yarımmüdafiəçisini transfer etməyi planlaşdırır
Futbol18:13
Türkiyə Trampın Qəzza planının ikinci mərhələsinin gələn ilin əvvəlində həyata keçiriləcəyini gözləyir
Digər ölkələr18:07
Azərbaycanda kommunal xidmətlərlə bağlı 2026-cı il üzrə Yol Xəritəsi hazırlanıb
Energetika17:59
"Şəhərsalma və Memarlıq İli" Azərbaycanın davamlı inkişaf, müasir urbanizasiya hədəflərinə sadiqliyini təsdiqləyir - RƏY
Daxili siyasət17:54
Foto
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası olub
Biznes17:49
İran kosmik fəzaya üç peyk buraxacaq
Digər ölkələr17:44
Ukrayna Rusiyanın ən böyük neft terminallarından birinə hücum edib
Digər ölkələr17:43