Tramp "Baqram" bazası ilə bağlı Əfqanıstanı hədələyib
Digər ölkələr
- 21 sentyabr, 2025
- 02:09
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər ölkə hakimiyyəti "Baqram" aviabazasına nəzarəti ABŞ-yə qaytarmaqdan imtina edərsə, Əfqanıstan nəticələrlə üzləşəcək.
"Report"un məlumatına görə, bu barədə Amerika lideri "Truth Social"da yazıb.
"Əgər Əfqanıstan Baqram aviabazasını onu tikənlərə, yəni Amerika Birləşmiş Ştatlarına qaytarmasa, pis nəsə baş verəcək", - Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.
Sentyabrın 19-da Tramp ABŞ rəsmilərinin Əfqanıstan nümayəndələri ilə hava bazası ilə bağlı məsələləri müzakirə etdiyini açıqlayıb. O, Vaşinqtonun obyektə nəzarəti bərpa etməyə cəhd etdiyini bildirib.
Son xəbərlər
05:49
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
İdman05:14
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
Region04:41
ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir
Region04:20
"Rystad": Neft qiymətləri 150 dollara qədər yüksələ bilər
Energetika03:55
Tramp İrana qarşı yeni güclü hücumların baş verə biləcəyini açıqlayıb
Digər ölkələr03:50
Mikayıl Cabbarov: "Yaxın aylarda dünyanın tanınmış texnoloji tərəfdaşları ilə yeni data mərkəzlərinin anonsları veriləcək"
İKT03:39
"Axios": Tramp İrana qarşı genişmiqyaslı əməliyyatı nəzərdən keçirib
Region03:04
Hörmüz boğazı bağlanıb, SEPAH artıq iki gəmini vurub
Region02:47