Tramp ABŞ-də ukraynalı qadının qətlində demokratları təqsirləndirib

Digər ölkələr
  • 09 sentyabr, 2025
  • 06:04
Tramp ABŞ-də ukraynalı qadının qətlində demokratları təqsirləndirib

ABŞ Prezidenti Donald Tramp sentyabrın 9-da bildirib ki, demokratlar Şarlott şəhərində (Şimali Karolina) ukraynalı qaçqının qətlinə görə məsuliyyət daşıyırlar.

"Report" xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Sosial"da yazıb.

Onun sözlərinə görə, çünki cinayətkarlıqla fəal mübarizə aparmırlar.

Vaşinqton administrasiyasının rəhbəri qeyd edib ki, o, Şarlottda ictimai nəqliyyatda hərəkət edən ukraynalı gənc qaçqının ruhi xəstənin vəhşicəsinə hücumuna məruz qaldığı dəhşətli videonu görüb. Media daha əvvəl xəbər verib ki, avqustun 22-də amerikalı Dekarlos Braun tramvayda 23 yaşlı ukraynalı qaçqın İrina Zarutskayaya bıçaqla hücum edib. Qız aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Braun saxlanılıb və qətldə ittiham olunub.

Trampın sözlərinə görə, cinayətkar məşhur residivist olub və o, əvvəllər 14 dəfə saxlanılıb, lakin onlara heç bir pul ödəmədən girov müqabilində sərbəst buraxılıb. "Belə cinayətkarlar həbs edilməlidir", - ABŞ lideri vurğulayıb.

Onun fikrincə, ukraynalı qaçqının qanı indi pis insanları həbsə atmaqdan imtina edən demokratların əlindədir. Tramp hesab edir ki, bu, Şimali Karolinanın keçmiş qubernatoru Roy Kuperə də aiddir. Bu demokrat siyasətçi yuxarıda adı çəkilən ştatdan senatorluğa namizədliyini irəli sürüb.

"Şimali Karolina, bütün ştatların qanun və nizama ehtiyacı var və bunu yalnız respublikaçılar təmin edə bilər. Bundan əlavə, əsas mediada bu dəhşətli faciə ilə bağlı hiddət haradadır?" - Tramp vurğulayıb.

O, Şimali Karolinadan senatorluğa da namizədliyini irəli sürən respublikaçı Mayk Uotlinin namizədliyini dəstəklədiyini qeyd edib.