Suriyada avtobusun partladılması nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 16 oktyabr, 2025
  • 13:47
Suriyada avtobusun partladılması nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

Suriyada avtobusun partladılması nəticəsində 5 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Bu barədə "Report" "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verib.

Əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, avtobus Suriyanın Deyr əz-Zor əyalətində neft obyektlərindən birinin mühafizəsini daşıyırdı.

Hadisəyə görə hələ heç kim məsuliyyəti öz üzərinə götürməyib.

Suriyada avtobusun partladılması nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Əl-İxbariyə" dövlət telekanalı məlumat yayıb.

Bildirilib ki, avtobus Suriyanın Deyr əz-Zor vilayətində neft obyektlərindən birinin mühafizəçilərini daşıyırdı.

Sərnişinlərin və ölənlərin dəqiq sayı məlum deyil. Hücuma görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti