Şumer ABŞ Senatında azlıqların lideri vəzifəsindən istefaya çağırılıb

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 07:18
Şumer ABŞ Senatında azlıqların lideri vəzifəsindən istefaya çağırılıb

Demokrat senatorların hökumətin şatdaunu fonunda yenidən fəaliyyətini bərpa etməsi ilə bağlı qanun layihəsini irəli sürməsi Senatda azlıqlıqların lideri Çak Şumeri istefa verməyə məcbur edir.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" xəbər verir.

Şumer özü, demokratların əsas tələbini – "Obamacare" proqramı üzrə vergi güzəştlərinin uzadılmasını əhatə etməyən qanun layihəsinə səs verməkdən çəkinib. O, buna baxmayaraq, səkkiz fraksiya üzvünün ortaq xəttdən çıxmasına görə məsuliyyəti Şumerin üzərinə qoyan partiya yoldaşlarının sərt tənqidləri ilə qarşılaşıb.

"Senator Şumer artıq effektiv deyil və o dəyişilməlidir", - Kaliforniyanın bölgəsini təmsil edən konqresmen Ro Xanna bildirib.

Onun Kaliforniya Nümayəndələr Palatasından həmkarı Mark Levin də tənqidlərə qoşulub. M.Levin paylaşımında qeyd edib ki, "Çak Şumer bu günə qədər yetərli deyil və Senatın Demokratlarının onun liderliyindən imtina etmələri ağıllı olardı".

Xatırladaq ki, ABŞ Senatı dünən keçirilən prosedur səsverməsində şatdauna son qoyacaq və hökuməin qismən dayandırılmış işini bərpa edəcək qanun layihəsini təsdiqləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti