Slovakiyada idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb
Digər ölkələr
- 13 sentyabr, 2025
- 19:54

Slovakiyanın qərbindəki Nove Zamki şəhəri yaxınlığında yüngül idman təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Slovakiyanın Tibbi Xilasetmə Xidmətinin Əməliyyat Mərkəzi məlumat yayıb.
"Nove Zamki şəhəri yaxınlığında ultra - yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub", - xilasedicilər qeyd ediblər. Məlumata görə, təyyarə Kamennıy-Most kəndi yaxınlığında qəzaya uğrayıb.
Polis hadisə yerinə Milli Hava və Dəniz İnsidentlərinin Təhqiqat İdarəsinin mütəxəssislərinin göndərildiyini bildirib.
"Qəzanın dəqiq səbəbləri və şəraiti müəyyən edilməlidir", - polisin mətbuat xidmətindən bildirilib.
Son xəbərlər
23:11
Politico: Aİ Rusiyanın dondurulmuş aktivlərini borc öhdəlikləri formasında istifadə edə bilər
Digər ölkələr22:55
Kelloq Üçüncü Dünya müharibəsi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr22:36
Bolqarıstanda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib
Digər ölkələr22:26
Dünya çempionatı: Azərbaycan güləşçisi finala vəsiqə qazanıb
Fərdi22:04
FHN: Ağdamda minik avtomobili ekskavatorla toqquşub, xəsarət alanlar var
Hadisə22:03
KİV: Rubio Polşanın hava məkanının pozulmasını təhlükəli hadisə adlandırıb
Digər ölkələr21:47
Video
Qərbi Azərbaycan Xronikası: İrəvan xanlığının unudulmuş mətbəx xəzinələri
Daxili siyasət21:36
Netanyahu HƏMAS rəhbərliyinin məhv edilməsində qətiyyətli olduqlarını bildirib
Digər ölkələr21:24