Seul və Pekin Şimali Koreyanı danışıqlar masasına qaytarmağa çalışacaqlar
Digər ölkələr
- 22 dekabr, 2025
- 12:52
Cənubi Koreya və Çin iki ölkə liderləri Li Ce Myon və Si Cinpin arasında görüşün keçirilməsinə hazırlıq işlərinə başlayıblar.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən bildirib.
"Çin ilə müvafiq məsləhətləşmələr aparırıq", - deyən nazir görüşün tarixinin yaxın vaxtlarda elan ediləcəyini vurğulayıb.
Nazir qeyd edib ki, görüşün əsas mövzularından biri Şimali Koreyanı danışıqlar masasına qaytarmağın yolları olacaq.
"Şimali Koreyanın dialoqa qayıtması üçün Çinin əməkdaşlığını təmin etmək vacibdir", - Ço Hyon deyib.
Son xəbərlər
14:40
Azərbaycan GSAI layihəsi çərçivəsində keçirilmiş növbəti tədbirə qatılıb
Maliyyə14:36
Qəbələdə meşədə üzərinə ağac düşən şəxs ölüb
Hadisə14:34
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir
Hadisə14:11
Ötən həftə min hektardan çox ərazi minalardan təmizlənib
Daxili siyasət14:07
Tailand və Kamboca atəşkəslə bağlı danışıqlara başlayacaq
Digər ölkələr14:06
Foto
Video
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub - YENİLƏNİB-5
Hadisə14:04
Foto
Azərbaycan və ABŞ arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Sağlamlıq14:03
Foto
Kolumbiya səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
Xarici siyasət13:58