Sarkozinin işi üzrə apellyasiya şikayətinə gələn il baxılacaq

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 17:33
Sarkozinin işi üzrə apellyasiya şikayətinə gələn il baxılacaq

Paris məhkəməsi 2026-cı ilin yazında Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə bağlı "Liviya işi" üzrə apellyasiya şikayətinə baxacaq.

"Report" xəbər verir ki, bu barədə Fransa mətbuatı Paris Apellyasiya Məhkəməsinə istinadən bildirib.

"Hər hansı bir qanun pozuntusunu inkar edən Sarkozi yenidən günahsız hesab olunur və məhkəmə prosesi iyunun 3-dək davam edəcək", - məhkəmənin bəyanatında deyilir.

Məhkəmə proseslərinin 16 mart - 3 iyun tarixlərində keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Paris Apellyasiya Məhkəməsi noyabrın 10-da Fransanın keçmiş prezidenti Nikola Sarkozinin məhkəmə nəzarəti altında həbsdən azad edilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Bütün Xəbər Lenti