Vitali Kim: Nikolayevin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb - YENİLƏNİB
- 01 noyabr, 2025
- 13:28
Rusiyanın Nikolayev vilayətinə (Ukrayna) ballistik raket hücumları nəticəsində 1 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə Nikolayev vilayəti Dövlət Administrasiyasının başçısı Vitali Kim məlumat yayıb.
Onun məlumatına əsasən, zərərçəkənlər arasında bir uşaq var.
Ukrayna KİV-in məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Xerson vilayətinə zərbələri nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Nikolayev şəhərinə ballistik raketlərlə zərbə endirib, yaralılar var.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Nikolayev vilayət dövlət administrasiyasının rəhbəri Vitali Kimə istinadən məlumat yayıb.
"Nikolayevə raket zərbəsi nəticəsində yaralananlar var", - o qeyd edib.
Bildirilib ki, Dmitrovka kəndindəki atəş nəticəsində üç fərdi ev və bir çoxmənzilli bina, həmçinin elektrik şəbəkəsi xətti zədələnib.
"RBK-Ukrayna"nın məlumatına görə, hücumun digər detalları dəqiqləşdirilir.