Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ilin sonuna qədər iki dəfə azalacaq

Digər ölkələr
  • 04 sentyabr, 2025
  • 11:29
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi ilin sonuna qədər iki dəfə azalacaq

Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk ölkəsinin Ermənistanla ticarət dövriyyəsinin bu ilin sonuna qədər iki dəfə azalacağını bildirib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verib.

"Rusiya və Ermənistan arasındakı ticarətə gəlincə, onun həcmi artıq xeyli azalıb və keçən illə müqayisədə bu ilin sonuna qədər iki dəfə azalacağını gözləyirik. Yəni ötən il rəqəm 12,4 milyard (dollar - red.) idisə, bu il yəqin ki, 6 milyard civarında , bəlkə də bir az daha çox olacaq", - o, jurnalistlərə bildirib.