Rusiya Kiyev vilayətinə dron hücumu edib, iki nəfər həlak olub
Digər ölkələr
- 28 yanvar, 2026
- 07:55
Ukraynanın Kiyev vilayətində çoxmərtəbəli yaşayış binasına Rusiya dronlarının hücumu nəticəsində azı iki nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Nikolay Kalaşnik öz "Telegram" kanalında məlumat paylaşıb.
Onun sözlərinə görə, hücumdan sonra binanın dam örtüyündə və yuxarı mərtəbəsində yanğın baş verib.
"Hadisə yerində xilasedicilər işləyir, həkimlər isə gözləmə və nəzarət rejimindədir", – deyə o qeyd edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Silahlı Qüvvələrinin dron hücumu nəticəsində Ukraynanın Xarkov vilayətində sərnişin qatarında azı beş nəfər həlak olub.
Son xəbərlər
18:20
İtkonen: Brüsseldə "Drujba" ilə neft tədarükü məsələsi müzakirə olunacaq
Digər ölkələr18:19
Bakıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayənişin saxlanılıb
Hadisə18:15
Rusiya və Qazaxıstanda saxlanılan Azərbaycan vətəndaşları ölkəyə ekstradisiya edilib
Hadisə18:11
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir, Prezident İlham Əliyev iclasda iştirak edir
Xarici siyasət18:08
Futzal üzrə Azərbaycan Yüksək Liqası: "Neftçi" İK "Lənkəran"a böyük hesabla qalib gəlib
Futbol17:58
AZAL Rusiyaya üzərlik bitkisi aparan vətəndaşlara xəbərdarlıq edib
İnfrastruktur17:54
Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb
Fərdi17:53
Aİ Şurası SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Digər ölkələr17:52