Orban Putinə Rusiya-ABŞ sammiti üçün şərait yaratmağa hazır olduğunu bildirib - YENİLƏNİB
- 17 oktyabr, 2025
- 15:16

Rusiya Prezidenti Vladimir Putin və Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 17-də telefon danışığı aparıblar.
"Report"un Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, danışıq Macarıstan tərəfinin təşəbbüsü ilə baş tutub.
V.Orban Macarıstanda mümkün Rusiya-ABŞ sammitinin təşkili üçün şərait yaratmağa hazır olduğunu bildirib.
Rusiya Prezidenti isə öz növbəsində V.Orbanı oktyabrın 16-da ABŞ Prezidenti Donald Trampla apardıqları telefon danışığı barədə məlumatlandırıb.
Kremlin məlumatına əsasən, ABŞ nümayəndələri ilə qarşıdakı təmaslarda Ukrayna böhranının sülh yolu ilə nizamlanması üçün gələcək fəaliyyət alqoritmini müzakirə etmək nəzərdə tutulur.
Bundan əlavə, Macarıstanın paytaxtında gələcəkdə Rusiya-ABŞ yüksək səviyyəli görüşünün keçirilməsi də nəzərə alınır.
Budapeştdə Rusiya-ABŞ sammiti gələn həftəyə planlaşdırılan iki ölkənin xarici işlər nazirlərinin görüşündən bir həftə sonra baş tuta bilər.
"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib.