Rumıniyada müdafiə naziri vəzifəsi iqtisadiyyat nazirinə həvalə edilə bilər

Digər ölkələr
  • 28 noyabr, 2025
  • 18:47
Rumıniyada müdafiə naziri vəzifəsi iqtisadiyyat nazirinə həvalə edilə bilər

Rumıniyanın müdafiə naziri Yonuts Muştyanu tərcümeyi-halında təhsili haqqında yanlış məlumatların yer alması səbəbindən istefa verdikdən sonra bu vəzifə müvəqqəti olaraq iqtisadiyyat naziri Radu Mirutsaya həvalə edilə bilər.

"Report" xəbər verir ki, bu barədə Rumıniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Rumıniyanın Baş naziri İlie Bolojan Yonuts Muştyanunun milli müdafiə naziri və baş nazirin müavini vəzifələrindən istefa ərizəsinin qəbul olunduğunu bildirib.

"Nazir vəzifəsinin müvəqqəti icrası üçün Rumıniya Prezidentinə iqtisadiyyat, rəqəmsallaşdırma, sahibkarlıq və turizm naziri Radu Mirutsanın namizədliyini təklif edəcəyəm", - Bolojan əlavə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti