"Reuters": Fars körfəzinə ABŞ-nin altıncı esminesi gəlib
Digər ölkələr
- 29 yanvar, 2026
- 20:55
ABŞ Silahlı Qüvvələri altıncı esminesi olan "Delbert D Black"ı Fars körfəzinə göndərib.
"Report" xəbər verir ki, bu barədə "CBS News" və "Reuters"də daxil olmaqla Qərb mediası məlumat yayıb.
"Reuters" adı çəkilməyən ABŞ rəsmisinə istinadən bildirib ki, ABŞ-nin Yaxın Şərqdə bir təyyarədaşıyan gəmisi, altı esminesi və üç sahil döyüş gəmisi mövcuddur. "Delbert D Black" esminesi son iki gün ərzində bölgəyə çatıb.
Yanvarın 28-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana qarşı hərbi əməliyyat ehtimalını istisna etmir və Amerika tərəfinin fikrincə, bu, qabaqlayıcı tədbir olacaq.
Rubio təsdiqləyib ki, ABŞ İran ətrafındakı son gərginliyə cavab olaraq Yaxın Şərqdə hərbi mövcudluğunu artırmağa davam etmək niyyətindədir.
Son xəbərlər
06:03
Almaniyanın "Union" klubuna qadın baş məşqçilik edəcək
Futbol05:36
Bəqai: İslamabad danışıqlarının uğuru ABŞ-nin qanunsuz tələblərdən çəkinməsindən asılıdır
Region05:07
Cem Adrian və İlker İnanoğlu barəsində saxlanılma qərarı çıxarılıb
Region04:46
Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib
Digər ölkələr04:28
NYT: İslamabadda İran və ABŞ arasında danışıqlar dostluq atmosferində keçib
Digər ölkələr03:39
Video
Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"
Daxili siyasət03:27
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib
İncəsənət02:53
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB-4
Region02:04
Foto