Putin oktyabrın 9-da Tacikistana səfər edəcək
Region
- 08 sentyabr, 2025
- 22:13

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib ki, ölkə Prezidenti Vladimir Putin oktyabrın 9-da Tacikistana dövlət səfəri edəcək.
Bu barədə "Report" Rusiya KİV-ə istinadən xəbər verir.
O, Tacikistan səfirliyində həmin respublikanın Müstəqillik Gününə həsr olunmuş ziyafətdə çıxışında deyib ki, hər iki ölkənin prezidentləri şəxsi nümunə ilə bugünkü çətin dünyada dostluğun necə qorunub saxlanıla biləcəyini və qorunub saxlanmalı olduğunu nümayiş etdiriblər.
Diplomat həmçinin əmin olduğunu bildirib ki, Putinin səfəri Rusiya və Tacikistan arasında çoxtərəfli əlaqələrin inkişafına yeni güclü təkan verəcək, eləcə də ölkələrə ikitərəfli əlaqələrin inkişafı üçün yeni vektorlar tapmağa imkan yaradacaq.
Son xəbərlər
01:38
Foto
Hikmət Hacıyev ABŞ-də mühüm görüşlər keçirib
Xarici siyasət01:00
DÇ-2026: Moldova 11, Serbiya isə 5 qol buraxıb
Futbol01:00
Tramp: Rusiya Ukraynadakı müharibəni qəsdən uzadır
Digər ölkələr00:27
Əraqçı: AEBA ilə yeni əməkdaşlıq sazişi hər iki tərəfin tələblərinə cavab verir
Region00:06
Video
Nepalın hökumət sarayı yanğın nəticəsində tamamilə dağılıb
Digər23:55
İraq Ərəb Liqasının xarici işlər nazirlərini təcili toplantıya çağırıb
Digər ölkələr23:47
Video
Qərbi Azərbaycan Xronikası: Hun türk etnonimindən yaranan yaşayış məskəni
Daxili siyasət23:36
Türkiyə Prezidenti Dohaya hücumu qınayıb
Region23:20