Putin ABŞ ilə gələcək danışıqlarda əsas məsələləri açıqlayıb
- 27 noyabr, 2025
- 18:44
Krım və Donbasın Rusiyaya məxsus olmasının hüquqi cəhətdən tanınması ABŞ tərəfi ilə gələcək danışıqlarda əsas məsələlərdən biri olmalıdır.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Vladimir Putin deyib.
"Bu, ABŞ tərəfi ilə danışıqlarımızın predmeti olmalıdır. Buna diqqət yetirdiyiniz üçün təşəkkür edirəm. Bu, əsas məqamlardan biridir", - Putin Bişkekdə mətbuat konfransında bildirib.
O, həmçinin qeyd edib ki, ABŞ-nin Ankoric sammitindən sonra Rusiyanın "Lukoyl" və "Rosneft" şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsinin səbəbini başa düşmür.
Rusiya Prezidentinin sözlərinə görə, strateji sabitlik məsələləri, o cümlədən nüvə silahının sınaqları ilə bağlı məsələlər gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə görüşdə müzakirə olunacaq.