Praqa hava limanı dron təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri görür

Digər ölkələr
  • 04 oktyabr, 2025
  • 01:13
Praqa hava limanı dron təhlükəsi ilə əlaqədar təhlükəsizlik tədbirləri görür

Praqanın Vatslav Havel beynəlxalq hava limanında pilotsuz uçuş aparatının buraxılması ilə bağlı telefon təhdidindən sonra qabaqlayıcı təhlükəsizlik tədbirləri görülür.

"Report" xəbər verir ki, bu barədə "ČTK" xəbər agentliyi paytaxt hava limanının mətbuat katibi Denis Heytmankovaya istinadən məlumat yayıb.

"Dronların yaxınlaşması ilə bağlı anonim təhlükə ilə əlaqədar polis Praqanın Vatslav Havel hava limanında əməliyyat keçirir. Hava limanı məhdudiyyətsiz işləyir", - sözçü qeyd edib.

Agentlik vurğulayır ki, PUA təhlükəsi barədə telefonla ingilis dilində danışan naməlum şəxs məlumat verib. Zəng edən şəxs çoxsaylı dronların hava limanına doğru getdiyi barədə xəbərdarlıq edib.

Polis bu məlumatı yoxlayır və hava limanını qorumaq üçün lazımi təhlükəsizlik tədbirləri görür. Məlumata görə, bu, profilaktikdir. Təhlükə təsdiqlənərsə, agentlik yuxarıdakı hava məkanının və ona gedən yolların dərhal bağlanacağını bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti