Poroşenkoya cinayət işi açıldı
Digər ölkələr
- 12 oktyabr, 2020
- 19:32
Ukrayna Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Petro Poroşenkoya qarşı 2014-cü ildə offşor şirkətin qeydiyyatı faktı ilə əlaqədar cinayət işi açıb.
“Report”un məlumatına görə, bu barədə vəkil Andrey Portnov məlumat verib.
Poroşenko Ukrayna prezidentinin vəzifəsində olarkən, 2014-cü ilin avqust ayında Britaniyanın Virgin adalarının yurisdiksiyasında “Prime Virgin Partners Limited” şirkətini qeydiyyatdan keçirib.
Vəkilin sözlərinə görə, keçmiş prezident şirkətin qeydiyyatını gizlədib, bunu gəlir və maliyyə öhdəlikləri bəyannaməsində əks etdirməyib.
Bildirilib ki, şirkət qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, xüsusilə vergidən yayınma və cinayətdən əldə olunan gəlirlərin leqallaşdırılması üçün yaradılıb.
Son xəbərlər
09:16
DÇ-2026: Avstriya - İordaniya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
Futbol09:09
Baş nazir Əli Əsədova Bright Uzbekistan layihəsi təqdim olunub
Xarici siyasət09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.06.2026)
Maliyyə09:00
İsraildə İranın nüvə proqramını irəlilətmək üçün ABŞ ilə danışıqlardan istifadə etdiyini düşünürlər
Digər ölkələr08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.06.2026)
Maliyyə08:57
Ağstafa su kanalında kişi batıb
Hadisə08:39
Foto
Azərbaycanla Bruney arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət08:22
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:19