Polşa Ukraynaya 2 milyard avroluq silah verib
Digər ölkələr
- 25 mart, 2023
- 19:09
Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silahların sənədlərini Avropa Birliyinə təhvil verib.
“Report” xəbər verir ki, bunu “RMF” radiosuna müsahibəsində Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Biz 2 milyardlıq hesabatları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik”, - o deyib.
Polşa Ukrayna Silahlı Qüvvələrinə “MiQ-29” təyyarələri, “T-72” tankları və 14 ədəd “Leopard 2” tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşına bilən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları verib.
Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro həcmində qiymətləndirib.
Son xəbərlər
05:30
DÇ-2026: Kolumbiya - Qana oyunu başlayıb
Futbol05:28
Lionel Messi Argentina - Kabo Verde matçının ən yaxşı oyunçusu olub
Futbol05:04
Foto
Avropa çempionu olmuş cüdoçu Zəhra Quliyeva: Ən çətin görüşüm finalda oldu
Fərdi04:54
Messi dünya çempionatlarında üç tarixi rekorda imza atıb
Futbol04:44
DÇ-2026: Argentina Kabo Verdeni çətinliklə məğlub edərək 1/8 finala yüksəlib - YENİLƏNİB-10
Futbol04:37
Tramp Bayden administrasiyası dövründə məhkum olunmuş altı nəfəri əfv edib
Digər ölkələr04:24
DÇ-2026-da avtoqolların sayına görə rekord qeydə alınıb
Futbol03:38
Cüdo üzrə Avropa çempionu olmuş Nihad Ağayev: Yarışa yaxşı hazırlaşmışdım
Fərdi03:31