Pikassonun əsəri 1,7 milyon dollara satılıb
Digər ölkələr
- 26 iyun, 2026
- 03:59
İspan rəssamı Pablo Pikassonun fotoqraf Dora Maarın rəsmi Londonda keçirilən hərracda 1,3 milyon funt sterlinqə (təxminən 1,7 milyon dollar) satılıb.
"Report"un məlumatına görə, bu barədə "Sotheby's" hərrac evi bildirib.
Əsərin təxmini qiyməti 600 000 - 800 000 funt sterlinq olub.
Pikasso Maarın portretini 1936-cı ilin noyabrında, ilk görüşlərindən və münasibətlərinin başlanğıcından qısa müddət sonra çəkib. Rəssam daha sonra rəsmi sevgilisinə hədiyyə edib və sevgilisi onu 1997-ci ildə ölümünə qədər saxlayıb.
Əsər daha sonra britaniyalı iş adamı və investor Co Lyuisin kolleksiyasına daxil olub.
Son xəbərlər
15:57
Azərbaycandakı BOKT-ların mənfəət vergisi üzrə ödəmələrinin / azadolmalarının məbləğinə görə renkinqi (2025)
Maliyyə15:53
Pekində baş vermiş təyyarə qəzasından sonra bir nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilib
Digər ölkələr15:48
Çində memorial tağın uçması nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr15:47
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
Mədəniyyət siyasəti15:37
Azərbaycan əhəng istehsalını 66 % artırıb
Sənaye15:27
Ukrayna döyüş tapşırığının icrası zamanı MiQ-29 qırıcısını itirib
Digər ölkələr15:25
Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır - FAKTİKİ HAVA
Ekologiya15:20
Azərbaycan meşə fındığı ixracından gəlirini 38 %-dən çox artırıb
Biznes15:04