Pentaqon narkotik daşıyan gəmilərə endirdiyi zərbələri qanuni adlandırıb

Digər ölkələr
  • 02 dekabr, 2025
  • 22:01
Pentaqon narkotik daşıyan gəmilərə endirdiyi zərbələri qanuni adlandırıb

ABŞ ordusunun narkotik vasitələrin daşınması üçün istifadə edilən katerlərə endirdiyi zərbələr həm ölkənin, həm də beynəlxalq hüquq çərçivəsində qanuni idi.

"Report"un məlumatına görə, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Kinqsli Uilson deyib.

O qeyd edib ki, bu günə qədər narkotik daşıyan qayıqlara 21 zərbə endirilib, nəticədə 82 narkoterrorçu öldürülüb.

"Müəyyən edilmiş terror təşkilatlarına qarşı hər bir zərbə ABŞ-ın milli maraqlarının müdafiəsi üçün həyata keçirilib. ABŞ-nin Cənub Komandanlığı regionundakı fəaliyyətlərimiz həm ABŞ, həm də beynəlxalq qanunlara uyğun olaraq həyata keçirilir. Bütün hərəkətlər silahlı münaqişə qanunlarına uyğundur".

Uilson həmçinin Pentaqonun rəhbəri Pit Heqsetin Karib dənizinin cənubunda qayığa zərbə endirdikdən sonra sağ qalanların öldürülməsi əmrini verdiyi barədə xəbərləri də rədd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti