Pakistanda əldəqayırma qurğu partlayıb, beş polis yaralanıb
Digər ölkələr
- 07 aprel, 2026
- 11:17
Pakistanın Lakki-Marvat şəhərində baş verən partlayış nəticəsində ən azı beş polis əməkdaşı, o cümlədən bir zabit xəsarət alıb.
"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri yerli polisə istinadən xəbər verib.
Terrorçuların yol kənarında park edilmiş motosikletdə quraşdırdıqları əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində xəsarət alan polis əməkdaşları tibbi yardım üçün rayon xəstəxanasına çatdırılıb.
"Hədəf Şahbazhel polis bölməsinin polis patrulu olub", - məlumatda bildirilib.
Son bir neçə ay ərzində Xayber-Paxtunxva əyalətinin Bannu, Peşəvar, Karak, Lakki-Marvat və Bacaur rayonlarında polis qüvvələrinə silsilə hücumlar həyata keçirilib.
Son xəbərlər
15:59
Azərbaycandan Tunisə neft ixracı 2,4 dəfə artıb
Energetika15:59
Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib
Ekologiya15:50
"Aston Villa" "Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir
Futbol15:44
Banqladeşin prezidenti istefa verib
Digər ölkələr15:44
Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub
Hadisə15:42
Peskov: Rusiya Ukrayna böhranı ilə bağlı ABŞ-dən yeni təkliflər gözləyəcək
Region15:42
SEPAH "Amazon"un Bəhreyndəki data-mərkəzinin tamamilə məhv edildiyini açıqlayıb
Digər ölkələr15:41
Bu ilin altı ayında 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib
Hadisə15:41