Banqladeşin prezidenti istefa verib
Digər ölkələr
- 24 iyul, 2026
- 15:44
Banqladeşin Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib.
"Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
"Müxtəlif sağlamlıq problemlərindən əziyyət çəkirəm", - o, qərarının səbəbi ilə bağlı suala cavab verərkən bildirib.
Prezidentin istefası ilə əlaqədar Milli Parlamentin spikeri Hafiz Uddin Əhməd təcili mətbuat konfransı çağırıb. Konstitusiyaya əsasən, yeni dövlət başçısı seçilənədək prezidentin səlahiyyətlərini parlamentin spikeri icra edəcək.
Qeyd edək ki, M.Şahabuddin 2011-ci ildən 2016-cı ilədək Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının komissarı vəzifəsində çalışıb, 2023-cü ildə Banqladeşin 22-ci prezidenti kimi and içib.
Son xəbərlər
21:16
Foto
Biləcəridə baş verən yanğın söndürülüb, hərəkət məhdudiyyəti aradan qaldırılıb - YENİLƏNİB
İnfrastruktur21:14
Zelenski: Ukrayna PUA-larının uçuş məsafəsini 10 min kilometrə qədər artırmağı planlaşdırır
Digər ölkələr20:55
Kallas: Aİ Rusiya səfirini çağıracaq və bu ölkənin hərbi-sənaye kompleksinə qarşı yeni sanksiyalar təklif edəcək
Digər ölkələr20:50
Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
Hərbi20:47
Ukrayna Futbol Assosiasiyasının sabiq prezidenti Andrey Pavelko Slovakiyada saxlanılıb
Digər ölkələr20:40
Hakan Fidan ukraynalı həmkarı ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Region20:35
Küveyt ordusu İranın dron hücumunun dəf edildiyi barədə məlumat verib
Digər ölkələr20:25
Gürcüstanda genişmiqyaslı elektrik qəzasının səbəbləri araşdırılır
İnfrastruktur20:20