Orban: Macarıstan ABŞ-nin Rusiya neftinə qarşı sanksiyalarından zərər görmək istəmir
Digər ölkələr
- 24 oktyabr, 2025
- 13:13
Macarıstan ABŞ-nin Rusiyanın neft şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyaları aşmaq yollarını axtarır.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Viktor Orban Macarıstan radiosuna müsahibəsində bildirib.
O deyib ki, Macarıstanın MOL neft və qaz şirkətinin rəhbərliyi ilə ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb.
"Biz bu sanksiyaların aşılması yolları üzərində işləyirik", - o, təfərrüatları açıqlamadan bildirib.
MOL-un Macarıstan və Slovakiyadakı neft emalı zavodlarının illik ümumi gücü 14,2 milyon ton neftdir. Bu zavodlar "Drujba" boru kəməri ilə nəql olunan Rusiya neftindən asılıdır.
Son xəbərlər
10:02
Xalq rəssamı: İş rejimim çox ağırdır, yoruluram, akademiyadan emalatxanaya gələndə maşında yatıram – MÜSAHİBƏ
İncəsənət09:58
Video
Sumqayıtda hotel yanır
Hadisə09:49
Ermənistan XİN rəhbərinin müavini Dövlət Departamentində danışıqlar aparacaq
Digər ölkələr09:47
Azərbaycan neftinin qiyməti 64 dollara yaxınlaşıb
Energetika09:40
Azərbaycan Basketbol Liqası: X turda daha iki görüş baş tutacaq
Komanda09:38
Bakıda "Kənddən şəhərə" Yeni il yarmarkası keçiriləcək
ASK09:37
ABŞ "Green Card" lotereyasını müvəqqəti dayandıracaq
Digər ölkələr09:17
İlin mediası – "Tech Xəbər" seçildi
İKT09:15