Ermənistan XİN rəhbərinin müavini Dövlət Departamentində danışıqlar aparacaq

Digər ölkələr
  • 19 dekabr, 2025
  • 09:49
Ermənistan XİN rəhbərinin müavini Dövlət Departamentində danışıqlar aparacaq

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan dekabrın 19-da ABŞ-yə səfər edəcək.

Bu barədə "Report" ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.

Səfər zamanı V.Kostanyan ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker ilə görüşəcək.

E.Huker və V.Kostanyanın danışıqlarında həmçinin ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri bürosunun əməkdaşı Brendan P. Hanrahan da iştirak edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti