Oman XİN rəhbəri: İran-ABŞ danışıqları irəliləyişlə başa çatıb

Digər ölkələr
  • 17 fevral, 2026
  • 19:31
Oman XİN rəhbəri: İran-ABŞ danışıqları irəliləyişlə başa çatıb

Bu gün Cenevrədə İran ilə ABŞ arasında dolayı danışıqlar ortaq məqsədlərin və müvafiq texniki məsələlərin müəyyənləşdirilməsi istiqamətində yaxşı irəliləyişlə başa çatıb.

"Report" xəbər verir ki, bunu Omanın xarici işlər naziri Bədr Əl-Busaidi "X"dəki hesabında yazıb.

"Görüşlərimizin ruhu konstruktiv idi. Biz birlikdə yekun razılaşma üçün bir sıra istiqamətverici prinsipləri müəyyən etmək üçün ciddi səylər göstərdik", - o bildirib.

Bədr Əl-Busaidinin sözlərinə görə, görüşdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) direktoru Rafael Qrossinin töhfəsi yüksək qiymətləndirilib: "Hələ çox iş görülməlidir və tərəflər növbəti görüşdən əvvəl aydın addımlarla ayrıldılar".

Son xəbərlər

Bütün Xəbər Lenti