Yeni Zelandiyada 6 maqnitudada zəlzələ qeydə alınıb
Digər ölkələr
- 10 iyun, 2026
- 07:29
Yeni Zelandiyanın cənubunda 6 maqnitudada zəlzələ qeydə alınıb.
"Report"un məlumatına görə, bu barədə Avstraliyanın Geologiya Xidməti xəbər verib.
Məlumata görə, zəlzələnin episentri Sakit Okeanın cənub hissəsindəki Oklend adaları yaxınlığında, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Hər hansı itki və ya dağıntı barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.
Oklend adaları Yeni Zelandiyanın ən cənub yaşayış məntəqəsi olan Stüart adasından təxminən 400 kilometr cənubda yerləşən yaşayış olmayan arxipelaqdır.
Son xəbərlər
01:43
Tramp Netanyahu ilə İranla razılaşmaları müzakirə edib
Digər ölkələr01:26
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
Futbol01:04
Foto
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
Futbol00:35
Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
Energetika00:21
Tramp Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr00:14
Bakının üç rayonunda qaz olmayacaq
Energetika00:06
Gəncədə 63 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi qardaşı oğlu saxlanılıb
Hadisə23:49
Türkiyədə təyyarə radar dirəyinə çırpılıb, 267 sərnişin təxliyə olunub
Region23:38