Nyu-Yorkda İran heyətinə ticarət mərkəzləri və mağazaları ziyarət etmək qadağan edilib

Digər ölkələr
  • 23 sentyabr, 2025
  • 10:11
Nyu-Yorkda İran heyətinə ticarət mərkəzləri və mağazaları ziyarət etmək qadağan edilib

ABŞ hökuməti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələn İran nümayəndə heyətinə yeni məhdudiyyətlər tətbiq edib, xüsusilə də bahalı əşyalar satan butiklərə və topdansatış mağazalarına girişi qadağan edib.

Bu barədə "Report" "Al Arabiya"ya istinadən xəbər verir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi müavini Tommi Piqottun bəyanatına görə, bu addım İran rəhbərliyinə maksimum təzyiq siyasətinin bir hissəsidir.

"İrandakı din xadimləri xaricdə israfçılığa yol verirlər, ölkə əhalisi isə yoxsulluq, dağılmış infrastruktur, həmçinin su və elektrik enerjisi çatışmazlığı ilə üzləşir", - T.Piqott bildirib.

Bundan əlavə, nümayəndə heyətinin hərəkəti də məhdudlaşdırılıb: əvvəllər nümayəndələr BMT binası, İran missiyası, səfirin iqamətgahı və Con Kennedi adına beynəlxalq hava limanı arasında sərbəst hərəkət edə bilirdilər. İndi onların marşrutları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb.

"ABŞ-nin təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalır", - T.Piqott vurğulayıb.

Qurumun nümayəndəsi qeyd edib ki, qərar birbaşa ABŞ dövlət katibi Marko Rubio tərəfindən qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti