Nyu-Cersi qubernatoru sakinlərə ərzaq paylamaq üçün Milli Qvardiyanı səfərbər edib

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 07:47
Nyu-Cersi qubernatoru sakinlərə ərzaq paylamaq üçün Milli Qvardiyanı səfərbər edib

Nyu-Cersi qubernatoru Fil Mörfi ABŞ hökumətinin davam edən bağlanması fonunda sakinləri qida ilə təmin etmək üçün Milli Qvardiya bölmələrinin səfərbər edilməsini əmr edib.

"Report" xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ştat rəsmiləri ərzaq banklarını dəstəkləmək və böhrandan əziyyət çəkən yüz minlərlə Nyu-Cersi sakininə yardım göstərmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəklər:

"Tramp administrasiyasının Əlavə Qidalanma Yardımı Proqramının müavinətlərini ardıcıl və tam şəkildə maliyyələşdirməməsi səbəbindən biz Nyu Cersi Milli Qvardiyasını ərzaqların saxlanması və daşınmasına kömək etmək üçün səfərbər etmişik".

Bundan əvvəl Nyu-York qubernatoru Keti Hokul fövqəladə vəziyyət elan edib və ştatda ərzaq yardımı üçün əlavə 65 milyon dollar subsidiya ayırıb.

Son xəbərlər

Bütün Xəbər Lenti