Norveç Rusiya ilə sərhəd nəzarəti sistemlərini modernləşdirir

Digər ölkələr
  • 04 noyabr, 2025
  • 22:12
Norveç Rusiya ilə sərhəd nəzarəti sistemlərini modernləşdirir

Norveç polisi və Silahlı Qüvvələri Norveç-Rusiya sərhədindəki müşahidə sistemlərini modernləşdirəcək.

"Report"un məlumatına görə, bu barədə Norveç Polis İdarəsinin açıqlamasında bildirilib.

"Avropada təhlükəsizlik siyasəti ilə bağlı vəziyyət Norveçin sərhəd nəzarətinin gücləndirilməsi üçün bir sıra tədbirlər görməsi deməkdir", - idarə Müdafiə Qərargahının polkovnik-leytenantı Rune Ripponun sözlərini təqdim edib.

Sənəddə qeyd olunub ki, Norveç 2024-cü ilin sonuna qədər xarici sərhədində sərhəd nəzarətini təkmilləşdirmək üçün təxminən 191 milyon NOK (16,3 milyon avro) alıb. Bu məqsədlə Milli Polis İdarəsinin sədrliyi ilə digər polis idarələrinin və Müdafiə Qərargahının nümayəndələrinin daxil olduğu idarələrarası qrup yaradılıb.

İlk iclas zamanı rəhbər qrup sərhədin keçmiş "Skafferxullet" keçid məntəqəsinin yaxınlığında yerləşən sərhəd sahəsinə baxış keçirib. Orada modernləşdirmə işlərinə başlanılması planlaşdırılır. "Bu çərçivədə "həm yeni qüllələr, həm də sərhədlərin aşkarlanması və müşahidəsi üçün digər sensorlar" sınaqdan keçiriləcək", - deyə Finnmark əyalətinin polis rəisi Ellen Ketrin Hetta bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti