Nigeriyada "Lassa" qızdırması 166 nəfərin həyatına son qoyub
Digər ölkələr
- 03 oktyabr, 2025
- 08:58
Bu il Nigeriyada "Lassa" qızdırmasından ölənlərin sayı artıb.
"Report"un xarici mətbuata istinadən xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Məlumata görə, "Lassa" qızdırmasına yoluxma halları 21 ştatın 106 regionunda, eləcə də paytaxt Abucada artmaqda davam edir.
Həmçinin qeyd olunur ki, yanvar-sentyabrda ölkədə 7 673 yoluxma halıq qeydə alınıb, 166 nəfər xəstəlikdən dünyasını dəyişib.
"Lassa" qızdırması insanlara heyvanlardan keçir. Daha əvvəl bildirilirdi ki, Nigeriyada 162 nəfər ölüb. Xəstəlik ötən il ölkədə 190 nəfərin həyatına son qoyub.
Nigeriya hökuməti 23 yanvar 2019-cu ildə "Lassa" qızdırması səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Son xəbərlər
08:12
Venesuela və ABŞ ikitərəfli münasibətləri nəzərdən keçirib
Digər ölkələr07:41
Avstraliyada dünyada ilk dəfə uşaqlar üçün xərçəng əleyhinə peyvənd sınağı keçiriləcək
Sağlamlıq07:08
KİV: İqlim dəyişikliyi dünya miqyasında nüvə obyektlərinin təhlükəsizliyini təhdid edir
Ekologiya06:38
Avstraliya İran vətəndaşlarına və qurumlarına sanksiyalar tətbiq edib
Digər ölkələr06:22
Xameneinin müşaviri: ABŞ İrana hücum etsə, Tehranın hədəfi İsrail olacaq
Region05:51
NYT: Klinton cütlüyü Epşteyn işi üzrə ifadə verməyə razılaşıblar
Digər ölkələr05:14
Çində körpü uçub, ölən və itkin düşənlər var
Digər ölkələr04:41
Tramp ABŞ-nin strateji mineral ehtiyatının yaradıldığını elan edib
Digər ölkələr04:08