Çində körpünün uçması nəticəsində ölənlərin sayı beşə çatıb – YENİLƏNİB
- 03 fevral, 2026
- 09:27
Çinin şərqində yerləşən Tszyansu əyalətində körpünün uçması nəticəsində azı beş nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Daha əvvəl iki nəfərin öldüyü, üç nəfərin isə itkin düşdüyü bildirilirdi. Qeyd olunub ki, itkin düşən üç nəfərin meyiti tapılıb və bununla da həlak olanların sayı beşə yüksəlib.
Axtarış-xilasetmə işləri başa çatdırılıb.
Körpünün uçma səbəbləri araşdırılır.
Çinin şərqindəki Szyansu əyalətində körpünün uçması nəticəsində azı iki nəfər ölüb, daha üç nəfər itkin düşüb.
"Report"un xəbərinə görə, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.
Hadisə fevralın 2-də axşam baş verib. Yançen şəhərində tikilməkdə olan dəmiryol körpüsü uçub. Mühəndislik işlərini Çinin Dəmir Yolu Tikinti Korporasiyasının (CRCC) 12-ci Bürosu görüb.
Hadisə yerində xilasetmə əməliyyatları davam edir. Körpünün uçmasının səbəbi araşdırılır.