Nepalda etirazlar zamanı ölənlərin sayı 19-a çatıb
Digər ölkələr
- 08 sentyabr, 2025
- 19:58

Nepalda nümayişlər zamanı ölənlərin sayı 19 nəfərə çatıb, 347 nəfər yaralanıb.
"Report" "Nepal News"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.
Daha əvvəl 14 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, nümayişlər bazar ertəsi Katmanduda başlayıb, onminlərlə etirazçı parlament binasını mühasirəyə alıb. Onlar hökumətin sosial media platformalarının əksəriyyətini, o cümlədən "Instagram", "YouTube" və "X"i ölkədə qadağan etmək qərarına cavab olaraq küçələrə çıxıblar.
Etirazçılar tikanlı məftillərin üzərindən aşaraq polisi parlament kompleksinə çəkilməyə məcbur ediblər. Az sonra polis atəş açıb.
Hökumət bəzi şəhərlərdə komendant saatı elan edib.
Son xəbərlər
00:28
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb
Digər ölkələr23:57
Meksika Prezidenti ABŞ-də miqrantlara qarşı reydi tənqid edib
Digər ölkələr23:47
Tupak Şakuru öldürməkdə təqsirləndirilən şəxs sifarişçinin adını açıqlayıb
Şou-biznes23:40
İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatıb
Region23:30
Bakının iki rayonunda su olmayacaq
İnfrastruktur23:18
Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
İncəsənət22:56
Makron yaxın günlərdə Fransaya yeni Baş nazir təyin edə bilər
Digər ölkələr22:53
Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək
Region22:44