NATO Rumıniyada 5 min hərbçinin iştirakı ilə təlimlər keçirir
Digər ölkələr
- 11 sentyabr, 2025
- 15:15
Rumıniyada NATO-nun bir neçə üzv ölkəsindən 5 minə yaxın hərbçinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayır.
Bu barədə "Report" yerli KİV-ə istinadən məlumat verir.
Təlimlər NATO-nun üzv dövlətinə hücumun imitasiyasını və müttəfiqlərin əlaqələndirilmiş yardımını nəzərdə tutur.
Manevrlərdə Rumıniya hərbçiləri ilə yanaşı, Fransa, Belçika, İspaniya, Lüksemburq və Portuqaliyadan olan hərbçilər də iştirak edir. Onların texnika və bölmələri noyabrın sonunadək Rumıniyada qalacaq.
Bir neçə ay davam edəcək təlimlər NATO-nun şərq cinahının müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib.
Son xəbərlər
08:38
Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Digər ölkələr08:23
Bakının bir çox yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:20
Türkiyədə ağır yol qəzası olub, 4 nəfər ölüb
Region07:55
ABŞ Senatına Venesuelaya güc tətbiq olunmaması tələbi ilə qətnamə təqdim edilib
Digər ölkələr07:28
KİV: Yaponiya-Çin-Cənubi Koreya sammiti Tokio və Pekin arasındakı münaqişəyə görə təxirə salınacaq
Digər ölkələr06:50
ABŞ-də həkim gizli şəkildə xəstələri izlədiyinə görə həbs edilib
Digər ölkələr06:25
Foto
ABŞ-də kütləvi atışma planlaşdıran immiqrant tələbə saxlanılıb
Digər ölkələr05:59
Maduro: Trampla telefon danışığı hörmətli və səmimi tonda keçib
Digər ölkələr05:29