Misirdə turist avtobusu yük maşını ilə toqquşub, ölənlər var

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 12:10
Misirdə turist avtobusu yük maşını ilə toqquşub, ölənlər var

Misirin Qırmızı Dəniz əyalətində turist avtobusu yük maşını ilə toqquşub.

"Report" xəbər verir ki, bu barədə xarici KİV-lər Ras-Qarib şəhərinin prokurorluğuna istinadən məlumat yayıb.

Qəza nəticəsində iki nəfər ölüb, daha 39 nəfər yaralanıb.

İlkin araşdırmalara görə, zərərçəkənlər arasında 27 rusiyalı, 2 litvalı, 7 finlandiyalı, 3 misirli (iki sürücü və turist bələdçisi) var. Yaralılar tibbi yardım üçün Ras-Qarib xəstəxanasına çatdırılıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti