Pakistanda məhkəmə binası yaxınlığında partlayış olub, azı 12 nəfər ölüb, 21 yaralı var

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 13:17
Pakistanda məhkəmə binası yaxınlığında partlayış olub, azı 12 nəfər ölüb, 21 yaralı var

Pakistanın paytaxtı İslamabadda Kaçehri məhkəmə binasının yanında baş verən partlayış nəticəsində azı 12 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bu barədə "Report" "Geo News"ə istinadən xəbər verir.

Məlumata görə, partlayış müəssisənin yaxınlığında park edilmiş avtomobildə baş verib.

Qeyd edilib ki, yaralananlar arasında vəkillər də olub. Hadisə zamanı məhkəmə binasında olanlar partlayışdan sonra təxliyə edilib.

Partlayış yerinə İslamabadın baş müfəttişinin müavini (DIG) və baş komissar gedib. Ölənlər və yaralananları xəstəxanaya çatdırıblar.

Paytaxtın Pims xəstəxanasında fövqəladə vəziyyət elan edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti