Misir fələstinlilərin onun ərazisinə köçürülməsinə qarşıdır
Digər ölkələr
- 05 sentyabr, 2025
- 19:31

Misir fələstinliləri öz ərazisində qəbul etmək niyyətində olmadığını bəyan edib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Abdel Ati bildirib.
"Köçürmə variant deyil, bu, Misir üçün qırmızı xətdir və biz bunun baş verməsinə imkan verməyəcəyik", - o deyib.
Nazirin sözlərinə görə, köçürmə Fələstin məsələsinin ləğvi və bitməsi deməkdir və insanların öz vətənlərindən qovulması üçün heç bir hüquqi, mənəvi və etik əsaslar yoxdur.
Misir daha əvvəl İsrailin Qəzza zolağındakı hərəkətlərini pisləyib, eyni zamanda, Qətər və ABŞ ilə birlikdə anklavda hərbi əməliyyatların dayandırılması üçün vasitəçi kimi çıxış edir.
Son xəbərlər
21:30
DÇ-2026: İslandiya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
Futbol21:20
CAR hökuməti "Formula 1" Qran Prisinə ev sahibliyi etmək təklifini dəstəkləyib
Formula 121:00
Peter Siyarto: "MOL 2026-cı ildə Azərbaycanın ən böyük yataqlarından birindən qaz hasilatına başlamağa hazırlaşır"
Energetika20:57
Video
Səfir: Sabahdan Bakı-Tehran-Bakı aviareysi bərpa olunur
İnfrastruktur20:50
Foto
Video
Bakı Dairəvi yolda avtoqəza olub, sıxlıq yaranıb
Hadisə20:35
Fernandu Santuş milli üzvünün adını protokoldan çıxarıb
Futbol20:34
Zelenski: Ukrayna Slovakiyanı enerji ilə təmin etməyə hazırdır
Digər ölkələr20:22
Foto
Naxçıvan məktəblərində 50 yeni STEAM otağı yaradılır
Elm və təhsil20:08
Foto