Mexikoda yük maşınının partlaması nəticəsində ölənlərin sayı 15-ə çatıb
Digər ölkələr
- 16 sentyabr, 2025
- 04:27
Mexikoda sentyabrın 10-da baş vermiş mayeləşdirilmiş qazla dolu avtosisternin partlayışı nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb, 38 nəfər isə hələ də xəstəxanadadır.
"Report" xəbər verir ki, bu barədə Meksika paytaxtının səhiyyə naziri Nadin Qassman məlumat verib.
"Bizə yeni məlumat verildi – daha bir nəfər dünyasını dəyişdi, beləliklə, ölənlərin sayı 15-ə çatdı", - "La Razon" nəşri Qassmanın sözlərini sitat gətirib.
Nazir əlavə edib ki, xəstəxanalarda müalicə alan 38 nəfərdən 14-ü ağır vəziyyətdədir, onların bədənində çoxsaylı yanıq xəsarətləri var.
Hadisə 10 sentyabrda Mexikonun İstapalapa rayonundakı avtomobil qovşağında baş verib. Partlayış nəticəsində 20-dən çox avtomobil yanıb, yaxınlıqdakı binalar zədələnib.
Son xəbərlər
12:22
Fərhad Hacıyev: Vətən müharibəsindən sonra daha məğrur olduq
Daxili siyasət12:20
Hikmət Hacıyev: Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əlaqələrin dinamik inkişafını bariz şəkildə görürük
Digər12:18
İmran Muxtarov: "Azərbaycan regionda kosmos mərkəzi kimi rolunu gücləndirir"
İKT12:07
Sabah Bakıda hava yağmursuz olacaq, rayonlara leysan, dağlıq ərazilərə qar yağacaq
Ekologiya12:05
Azərbaycanlı basketbolçu klubu üçün sponsor axtarır
Komanda11:58
Prezident: Azərbaycan və Mərkəzi Asiya ölkələri rəqəmsal kommunikasiyalar sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər
Xarici siyasət11:54
İlham Əliyev: Azərbaycan və Mərkəzi Asiya Şərq və Qərb, Şimal və Cənub arasında birləşdirici həlqədir
Xarici siyasət11:50
Rusiya Ukraynanın Zaporojye vilayətinə hücum edib, ölən və yaralanan var
Digər ölkələr11:48