Meksikada Tixuana prokurorluğuna dronlarla hücum edilib
- 16 oktyabr, 2025
- 20:50

Meksikanın Aşağı Kaliforniya ştatında yerləşən Tixuana şəhərində prokurorluq binası üzərində partlayıcı qurğular olan pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
"Report" xəbər verir ki, bu barədə "Milenio" qəzeti ştatın Baş Prokurorluğuna istinadən məlumat verib.
Məlumata görə, insident oktyabrın 15-də axşam saatlarında Playas de Tixuana rayonu ərazisində baş verib. Partlayışlar nəticəsində prokurorluğun binasına, bir neçə xidməti və şəxsi avtomobilə ziyan dəyib. Ölən və yaralananlar olmayıb.
Müstəntiqlər hadisə yerində, ehtimal ki, PUA-lar tərəfindən atılan partlayıcı qurğuların fraqmentlərini aşkar ediblər. Səlahiyyətlilər fövqəladə hallara cavab protokollarını işə salıb və cavabdehlərin müəyyən edilməsi üçün araşdırma aparırlar.
Baş Prokurorluq hücumda onların dronlarından istifadə olunmadığını və onların qurum əməkdaşlarının nəzarətində olduğunu vurğulayıb.