Meksikada sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb
Digər ölkələr
- 29 dekabr, 2025
- 04:44
Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 13 nəfər ölüb.
"Report"un məlumatına görə, Meksika prezidenti Klaudiya Şeynbaum hadisə ilə bağlı sosial şəbəkədə məlumat verib.
"Dəniz Qüvvələri Nazirliyi mənə bildirdi ki, okeanlararası qatar qəzası nəticəsində təəssüf ki, 13 nəfər həlak olub. 98 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır", - o yazıb.
Meksika Hərbi Dəniz Qüvvələri qatarda 9 ekipaj üzvü və 241 sərnişin də daxil olmaqla 250 nəfərin olduğunu açıqlayıb.
Hadisə Çivela və Nizanda şəhərləri arasında baş verib. Meksika Baş Prokurorluğu artıq araşdırmaya başlayıb.
Son xəbərlər
19:42
Ermənistan və İran strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
Region19:40
Foto
Azərbaycan və İordaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə ediblər
Energetika19:31
Dumanlı havaya görə Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Daxili siyasət19:27
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər
Region19:16
Paşinyan ölkədə narkotik qaçaqmalçılığına qarşı mübarizəni gücləndirməyə çağırıb
Region19:12
Podesta: Aİ ölkələri Qrenlandiya məsələsi ilə bağlı daim təmasdadırlar
Digər ölkələr19:04
Makron: ÜST sammiti 2026-cı ilin aprelində Lion şəhərində keçiriləcək
Digər ölkələr19:01
Dubaydan Moskvaya uçan "Utair" təyyarəsi uğurla eniş edib - YENİLƏNİB-2
Digər ölkələr18:54