Mehrac Mahmudov: Qarabağ Universiteti Avropa universitetləri ilə əməkdaşlığa can atır
- 22 oktyabr, 2025
- 15:16
Qarabağ Universiteti Avropa ölkələrinin universitetləri ilə əməkdaşlığı inkişaf etdirmək istəyir.
"Report" xəbər verir ki, bunu xarici qonaqların Qarabağa səfərinin təşkilatçısı Mehrac Mahmudov bildirib.
"Səyyahlar arasında universitetlərin nümayəndələri və professorlar çoxdur. Biz istəyirik ki, onlar Qarabağ Universiteti ilə tanış olsunlar və gələcək əməkdaşlıq üçün əlaqələrini möhkəmləndirsinlər", - o qeyd edib.
Təşkilatçı vurğulayıb ki, qonaqlar Ağdamda bərpa, Xankəndində restavrasiya işləri, eləcə də universitetin infrastrukturu və tədris prosesinin təşkili ilə tanış ola biliblər.
Qeyd edək ki, səkkiz ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.