Makron: Qrenlandiya məsələsində Danimarkanı dəstəkləyirik
- 23 dekabr, 2025
- 14:03
Fransa Prezidenti Emmanuel Makron Qrenlandiya məsələsində Danimarkanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib.
"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Nuukda (Qrenlandiyanın paytaxtı) Fransanın Qrenlandiya məsələsində Danimarkanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini təsdiqlədim. Qrenlandiya öz xalqına məxsusdur, Danimarka isə onun qarantıdır. Tam həmrəyliyimizi ifadə edərək Avropanın səsinə qoşuluram", - deyə Fransa Prezidenti qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiyada xüsusi elçi təyin edib.
Daha əvvəl bildirilib ki, ABŞ Qrenlandiyanın ələ keçirilməsi planını hazırlayıb, sadəcə bunu güclə deyil, qrenlandiyalıların ictimai fikri ilə etmək istəyir.