Maduro Venesuela və ABŞ tələbələrini müharibəyə qarşı çıxmağa çağırıb

Digər ölkələr
  • 22 noyabr, 2025
  • 05:58
Maduro Venesuela və ABŞ tələbələrini müharibəyə qarşı çıxmağa çağırıb

Venesuela Prezidenti Nikolas Maduro Bolivar Respublikasındakı və ABŞ-dəki tələbə hərəkatlarını Latın Amerikası, Karib hövzəsində müharibəyə qarşı çıxmağa, birləşməyə çağırıb.

"Report"un məlumatına görə, Maduro bu açıqlamanı Prezident Sarayında tələbələr qarşısında çıxışında verib. Veriliş "Venezolana de Televisión" televiziya kanalı tərəfindən yayımlanıb.

"Sülhü müdafiə edən Venesuela tələbə briqadalarına tapşırıram; ABŞ-dəki tələbə hərəkatı və tələbələrlə əlaqə saxlasınlar və onlara desinlər: müharibəni dayandırın, müharibəyə yox, Venesuela sülh istəyir", - o bildirib.

Prezident Amerika universitetlərinin tələbə hərəkatını Venesuela tələbə hərəkatı ilə birləşdirməyi və vahid səslə: "Müharibəyə yox, sülhə hə" deməyi təklif edib. Maduro bu şüarı ingilis dilində elan edib. Prezident Latın Amerikası və Karib hövzəsində müharibənin qarşısının alınmasının vacibliyini vurğulayıb.

Venesuela lideri tələbə briqadalarına ABŞ-də və dünyada tələbələrlə ünsiyyət şəbəkəsi yaratmağı tapşırıb. O, həmçinin vurğulayıb ki, ölkə adambaşına düşən tələbələrin sayına görə Latın Amerikası və Karib hövzəsində birinci yerdədir. Venesuelada 21 noyabr Tələbə Günü qeyd olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti