Maduro: Venesuela Cənubi Amerika xalqları ilə birlikdə müharibənin qarşısını alacaq

Digər ölkələr
  • 25 oktyabr, 2025
  • 05:05
Maduro: Venesuela Cənubi Amerika xalqları ilə birlikdə müharibənin qarşısını alacaq

Venesuela Cənubi Amerika xalqları ilə birlikdə ABŞ-nin bölgədə açmaq istədiyi müharibənin qarşısını alacaq.

"Report"un məlumatına görə, bunu Venesuela Prezidenti Nikolas Maduro "Venezolana de Television" telekanalında deyib.

Maduro qeyd edib ki, hərbi münaqişələrdə iştirakdan imtina edən rəsmi bəyanatlara baxmayaraq, mümkün hərbi müdaxiləyə hazırlıq gedir və bunun qarşısı alınmalıdır.

Venesuela Prezidenti vurğulayıb ki, ABŞ administrasiyası narkotik ticarəti ilə mübarizə kimi saxta bəhanə ilə Venesuelaya qarşı tədbirlər planlaşdırır. O bəyan edib ki, Venesuela narkotik ticarəti, koka bitkiləri və kokain istehsalından tamamilə azad ölkədir.

Son xəbərlər

Bütün Xəbər Lenti