Livanın Baş naziri İsraili sərhəd mübahisəsinin müzakirəsindən imtina etməkdə günahlandırıb

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 14:09
Livanın Baş naziri İsraili sərhəd mübahisəsinin müzakirəsindən imtina etməkdə günahlandırıb

İsrail sərhəd mübahisələri ilə bağlı danışıqlar aparmaqdan imtina edir və atəşkəs razılaşmasının şərtlərinə əməl etmir.

"Report"un verdiyi məlumata görə, bunu Livanın Baş naziri Nəvaf Salam "Bloomberg" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail sərhəd mübahisəsinin həlli üçün Livanla əməkdaşlıq etmək istəmir, buna görə də İsrail Müdafiə Qüvvələri hələ də sərhədin Livan tərəfindəki beş əsas nöqtədə yerləşib.

"Onlar danışıqlar tələb edirlər, biz hazır olduğumuzu göstərəndə isə görüşməyə razı olmurlar", - N.Salam bildirib.

O əlavə edib ki, bu məsələni ABŞ hökuməti ilə müzakirə etməyi planlaşdırır.

Son xəbərlər

Bütün Xəbər Lenti